Modern.az

Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı

Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı

Aktual

17 Avqust 2018, 18:41

Pyotr Poroşenko hakimiyyətdən gedəndə mən də Ukraynaya qayıdacam.

Modern.az  xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti, Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.

“Poroşenko gedən kimi məhkəmə yolu ilə vətəndaşlığımı bərpa edəcəm. Ancaq mən imzamı təqlid edən, hakimləri və şahidləri qorxudan şəxslərin qanunla müəyyən edilmiş qaydada cavab vermələrinə nail olacağam. Nəhayət kimsə cavab verməlidir. Təbii ki, mən Ukraynaya geri dönəcəyəm”, - Saakaşvili bildirib.

Gürcü siyasətçi Yeni Qüvvələr Hərəkatı Partiyasının Ukraynada 2019-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini də açıqlayıb. (axar.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!