Modern.az

FIFA 4 klubu cəzalandırıb

FIFA 4 klubu cəzalandırıb

Aktual

17 Avqust 2018, 19:19

FIFA İntizam Komitəsi 4 klubu futbolçuların maaşlarını ödəmədiyinə görə cəzalandırıb.

"Report" qurum saytına istinadən xəbər verir ki, Qətərin "Qətər" və Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klublarına 26,5 min avro, Qətərin digər təmsilçisi "Əl-Şamal" 13,2 min, İranın "Saba Kom" klubu isə 8,8 min avro məbləğində cərimələnib.

Bütün klublar 90 günədək oyunçulara olan borcları ödəməlidirlər. Klublar bu öhdəliyi yerinə yetirməsələr daxili çempionatda 6 xalları silinəcək və onlara 4 transfer pəncərəsində cəza tətbiq olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı