Modern.az

Türkiyə ordusu PKK rəhbərini belə vurdu - VİDEO

Türkiyə ordusu PKK rəhbərini belə vurdu - VİDEO

Dünya

17 Avqust 2018, 20:29

Ötən gün Türkiyə Ordusu və ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar əyalətində “Kürdüstan Birlikləri Koalisiyasının” (KBK) region üzrə cavabdehi, Mam Zeki Şenqali ləqəbi ilə tanınan və terrorçuların “qırmızı siyahı”sına daxil edilmiş İsmayıl Özdəni məhv edib.

 

Modern.az xəbər verir ki, yayılan videogörüntülərdə Özdənin olduğu avtomobil karvanının İraqın şimalında pilotsuz uçan aparat tərəfindən nəzarətdə saxlanıldığı görünür.

 

Terrorçu təqibdən qaçmaq üçün başqa avtomobilə minsə də, Türkiyə Ordusunun yaraqlını məhv etdiyi aydın görünür.

 

Məlumata görə, 66 yaşlı İsmayıl Özdən “PKK/KBK-nın İcraiyyə Komitəsinə” daxil olub.

 

Keçirilmiş əməliyyat Türkiyənin Hakkari bölgəsində Yüksekova rayonunda PKK terrorçularının qətlə yetirdiyi 11 aylıq Bedirhan Mustafa Karakay və onun anası Nurcan Karakayın şərəfinə adlandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir