Modern.az

İtkin düşən abituriyent sevdiyi oğlanla qaçıb

İtkin düşən abituriyent sevdiyi oğlanla qaçıb

Aktual

17 Avqust 2018, 20:39

Lənkəran rayon Təhsil Şöbəsi imtahanın nəticələrini öyrənməyə gedərkən abituriyentin itkin düşməsinə aydınlıq gətirib. Modern.az xəbər verir ki, rayon Təhsil Şöbəsindən AzNews.az-a verilən məlumata görə, Qurbanlı Təravət Nazim qızı sevdiyi oğlana qoşulub qaçıb:

"Təravət Lənkəran Dövlət Universitetinə qəbul olunub. Amma balının açıqlanmasını gözləmədən qoşulub bir oğlana qaçıb. Deyilənə görə, qızla oğlan bir-birini sevir. Hazırda qız Bakı şəhərindədir. Ailə qurublar. Hər şey qaydasındadır, narahatlığa əsas yoxdur. Qızın valideyinləri də onun kimlə qaçdığını bilir, kiriminal heç nə yoxdur. Yəqin, düşünüb ki, birdən universitetə girməz. Hazırda tələbə adını alıb".

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır