“Sheraton Baku Airport” otelində Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər vəzifəli şəxsləri və xarici iqtisadi fəaliyyət iştirakçıları arasında görüş keçirilib. Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, komitənin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, görüşdə məqsəd gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaqdır.
Ölkə iqtisadiyyatı və xarici ticarətin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən atılan zəruri addımlardan bəhs edən DGK sədrinin müavini, eyni zamanda, gömrük orqanları tərəfindən son zamanlar idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması üçün görülən işlər barədə danışıb.
İ.Babayev vurğulayıb ki, gömrük sistemində islahatlar bir neçə istiqamətdə aparılır; həm struktur, həm də biznes prosesində mühüm dəyişikliklər edilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ticarətin asanlaşdırılması və informasiya texnologiyalarının tətbiqi həyata keçirilir, sahibkarlar və gömrük əməkdaşları arasında münasibətlər təkmilləşdirilir.
Diqqətə çatdırılıb ki, yaxın zamanlarda gömrük sistemində aparılan islahatlar başa çatdırılacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda isə bu islahatlar ayrı-ayrı gömrük orqanları üzrə yekunlaşdırılır.
Komitə sədrinin müavini İ.Babayev qeyd edib ki, sahibkarlarla yanaşı, gömrük əməkdaşları da öz fəaliyyətlərini qlobal çağırışlara uyğunlaşdırırlar. Artıq gömrük sistemində nəzarət yox, xidmət mədəniyyəti formalaşdırılır və biznesin inkişafına bu yöndə dəstək verilir. Bununla belə, gömrük orqanlarının biznes subyektlərindən əsas gözləntisi dəqiqlik və etibarlılıqdır.
İ.Babayev “gömrük-dövlət”, “gömrük-gömrük” və “gömrük-biznes” əməkdaşlığı istiqamətində görülən tədbirlərin də məhz qarşılıqlı səmərəli fəaliyyətin təşkilinə xidmət etdiyini bildirib. Qeyd edilib ki, bu gün gömrük orqanlarının fəaliyyəti digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılıb və bu da bütün gömrük hüqupozmalarının qarşısının operativ şəkildə alınmasını təmin edir. Azərbaycan Gömrük Xidməti digər ölkələrin gömrük orqanları ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilini həyata keçirir ki, bu da gömrük vergi və rüsumlarından yayınmalara yönələn bütün cəhdləri imkansız edir. İqbal Babayev onu da qeyd edib ki, ticarətin inkişafı, gömrük prosedurlarının asan və sürətli həyata keçirilməsi mallar və nəqliyyat vasitələrinin gömrük orqanlarına əvvəlcədən bəyan edilməsindən çox asılıdır.
DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Səməd Qaralov gömrük işinin təkmilləşdirilməsilə bağlı yeniliklər və güzəştlər barədə sahibkarları məlumatlandırıb və bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev isə gömrük sistemində aparılan islahatların gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdırıb. Diskussiya şəraitində keçən görüşün sonunda sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları cavablandırılıb.
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
İraq İrana neft ixracatını dayandırıb
Gimnastımız Dünya Kubokunun finalına çıxdı
ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır"
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
Vida günü deyə bilmədiklərim...
Baş redaktora ağır itki üz verdi
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
Axtarışda olan 29 nəfər saxlanıldı
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
Baytarlıq Xidməti xəstəliklərə görə toplandı
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
Azərbaycan çaylarında son durum...
Tramp Türkiyəyə yeni səfir təyin etdi
Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
Silahlı hücumda 66 nəfər öldürüldü
Paytaxt sakini mənzilində yanaraq öldü
Azərbaycan nefti bahalaşıb
Bakıda gənc qız itkin düşdü
Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR
Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab
Daha 17 uşaq qızılcaya tutuldu
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO
Şamaxıda yenidən vulkan püskürdü
Özünü asan qızı polislər xilas etdi
Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi
“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı
ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir
Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR
Hindistan Pakistandakı səfirini geri çağırdı
Almaniya müdafiə xərclərini artırır
Nazir günərzi qayğı mərkəzində - FOTOLAR
Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar
Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq
İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb
Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları
Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək
Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb
Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu
Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi
Sendviç oğurlayan deputat mandatından imtina etdi
Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər
Şərh yaz