Modern.az

Güclü zəlzələ İndoneziyanı silkələdi

Güclü zəlzələ İndoneziyanı silkələdi

17 Avqust 2018, 21:59

İndoneziya sahillərində, adalararası Flores dənizində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb. Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, zəlzələnin dərinliyi 546 kilometr olub.

 

Təkanlar Bali adasında hiss edilib.

 

İnsan itkisi, dağıntı və sunami təhlükəsi barədə məlumat yoxdur.

 

Qeyd edək ki,bu yay baş verən 7 ballıq zəlzələdə 347 nəfər həlak olmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı