Modern.az

Kiyevdə iğtişaş törətmək istəyən 80 nəfər saxlanıldı

Kiyevdə iğtişaş törətmək istəyən 80 nəfər saxlanıldı

Dünya

17 Avqust 2018, 23:27

Kiyevdə kütləvi iğtişaş törətmək istəyən 80 nəfər saxlanılıb. Modern.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Kiyev Polis İdarəsi məlumat yayıb.

 

Məlumata görə, paytaxtın Osokorkax ərazisində soyuq və odlu silahla təchiz olunmuş 18 və 40 yaş arasında 100-ə yaxın insan şəhərdə qarşıdurma və kütləvi iğtişaş yaratmaq istəyiblər.

 

Onlar Osokorkax eko-parkı ərazisində qarşıdurma yaratmağa cəhd edərkən xüsusi təyinatlı polis dəstələri tərəfindən zərərsizləşdiriliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür