Modern.az

Porno SƏNAYESİ: hər saniyəsi 3-4 min dollar xərcdir – ARAŞDIRMA

Porno SƏNAYESİ: hər saniyəsi 3-4 min dollar xərcdir – ARAŞDIRMA

18 Avqust 2018, 09:47

Son zamanlar Azərbaycanda ən çox izlənən iki porno sayta girişlərin məhdudlaşdırılması (vpn xidməti və Proxy serverlərdən yenə də mümkündür) cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu.

Sözügedən saytlar “Xvideos” və “Xnxx” porno portallarıdır.

 

Bu müzakirələrin əsasını niyə ancaq bu saytlara qadağaların qoyulması oldu. Axı bu işlə məşğul olan daha bir neçə saytlar da var. Və təbii ki onların fəaliyyəti ya diqqətdən kənarda qalır ya da bilinməyən səbəblərdən onlara toxunulmur.

Modern.az dünya dövlətlərində bu sahəyə münasibət və faktiki statistikanı araşdırıb.

 

Bütün bunlara bir az aydınlıq gətirmək üçün intim məzmunlu materialların yaranma tarixi və porno sənaye barədə mümkün qədər məlumatlı olmaq lazımdır. İlk olaraq intim xarakterli materialların yaranması antik Yunanıstan dövründən başlayır. Biz bunu müxtəlif fresko və ya təsvirlərdə müşahidə edə bilərik.

 

Qanunvericilik və ölkələrin münasibəti

 

Bu sahəyə ilk qadağa 1910-cu il mayın 4-də 15 ölkənin iştirakı ilə Parisdə “Pornoqrafik nəşrlərin yayımlanmasının qarşısının alınması haqda razılaşma” sənədi ilə qoyulub. Daha sonra isə 1923-cü il sentyabrın 12-də Cenevrədə bu sahə ilə beynəlxalq mübarizə üçün eyni adlı razılaşma üzrə bu dəfə 29 ölkə sənədə imza atır. 1935-ci ildə isə SSRİ bu razılaşmaya qoşulur. Bu sahəyə qarşı mübarizədə beynəlxalq əməkdaşlıqlara baxmayaraq hazırda dünyanın müxtəlif ölkələrinin bu məsələyə münasibəti fərqlidir.

 

Avropa ilk dəfə əvvəllər beynəlxalq razılaşmalara qoşulmasına baxmayaraq 1969-cu ildə Danimarkada sonra isə 1971-ci ildə isə İsveçdə porno materialların yayımlanmasına rəsmi şəkildə icazə verilib.

Hollandiya, Amerika, Fransa və Avstriya kimi ölkələrdə hüquqi cəhətdən qadağa olsa da, faktiki olaraq hər şey tamami ilə fərqlidir. Almaniya Federativ Respublikasının cinayət məcəlləsində isə belə bir anlayış ümumiyyətlə nəzərdə tutulmayıb. Bir sözlə bəzi ölkələrdə bu sahəyə yanaşmada qadağalar qoyulsa da cinayət məsuliyyəti nəzərdə tutulmayıb.

 

Avstraliya, İspaniya, Böyük Britaniya, Kanada və Rusiyada ciddi məhdudiyyətlər tətbiq edilir. Yaponiyada porno ümumiyyətlə qanunsuzdur. Burada pornoqrafiya dedikdə isə yalnız qadın cinsiyyət orqanlarının əks olunduğu şəkillər nəzərdə tutulur.

 

Bu cür materiallara ən sərt yanaşma Şimali Koreyada tətbiq edilir. KXDR-də sizi porno materiallara baxmağa görə ölüm cəzası gözləyir. Çində isə bu növ materialların saxlanılmasına görə həbs və ya gülllələnmə tətbiq edilə bilər.

Hindistanda uşaq pornoqrafiyası istisna olmaqla bu cür materiallara baxmağa icazə verilir.

Livanı çıxmaq şərti ilə bütün ərəb ölkələrində də porno materialların satışı və yayımlanması qanunla qadağandır.

Ermənistan daxil bütün qonşu ölkələrdə də pornoqrafiya qanunla qadağandır.

Ən maraqlı yanaşmalardan biri İsrailə məxsusdur. Burada azyaşlıları bu sahədən kənarda tutmaq üçün ölkədə bu tipli bütün saytlara giriş qadağandır. Yalnız istənilən istifadəçi bu saytlara giriş əldə etmək üçün provayderə yazılı şəkildə müraciət etməlidir.

Hal-hazırda pornoqrafiyanın yaradılması və yayılması üçün məsuliyyət dünyanın demək olar ki, bütün ölkələrində cinayət qanunvericiliyi ilə tənzimlənir.

 

Porno sənaye: gəlirlər və statistika

 

Porno sənaye anlayışının özü isə keçən əsrin 70-ci illərindən meydana çıxıb. Bu anlayış satış üçün porno xarakterli materialların yaradılmasını bildirir. İlkin porno materialların yəni video materialların yaradılması hələ ilk səssiz ağ-qara filmlərin meydana çıxması ilə başlayır. Bu proses əsasən Avropada mafiyanın nəzarəti ilə həyata keçirilirdi.

 

İşin qanunu tərəflərini nəzərə alsaq da reallıqda görüntü tamamilə fərqlidir. Belə ki, hazırda bu sahənin gəlirləri fantastik hədlərə çatıb. İnternetin həyatımızın pir parçasına çevrildiyi dövrdə porno materialların bu yolla yayımlanması və satışının həyata keçirilməsi bu sahəni ən gəlirli sahəyə çevirib. Statistikaya görə bütün internet trafikinin 30 faizi, yükləmələrin isə 35 faizi porno materiallarla əlaqəlidir. Kişilərin yüzdə biri hər gün pornoqrafik materiallara baxır. Hazırda dünyada hər saniyədə təxminən 3-4 min dollar bu cür materiallarla tanışlıq və əldə olunmasına xərclənir. Bu sahə üzrə ən güclü istehsalat göstəricilərinə görə ABŞ, ondan sonra ikinci yerdə Almaniya gəlir. Tək Amerikada hər 39 dəqiqədə bir yeni porno video hazırlanır.

 

Dünyanın ən məşhur və ən çox izlənilən porno portallardan birinin (PornoHub-ın) 2017-ci il üçün statistikasına görə gün ərzində sayta 81 milyon giriş sayı qeydə alınıb. Sayta il ərzində 4 milyon qısa və tammetrajlı video yüklənib ki, onların da hamısına baxıb qurtarmaq üçün 68 il vaxt tələb olunur. Bu göstəricilərin faiz müqabilində pornoqrafik materialların satışını həyata keçirən yalnız bir sayta aid  olduğunu nəzərə alsaq, dünya üzrə göstəricilərin necə olduğu insanları düşündürməlidir.

 

Bütün bunları nəzərə alaraq porno sənayesinin qlobal dövriyyəsinin 2016-cı il üçün 97 milyard dollar, 2017-ci il üçünsə təxminən 35-40 milyard dollar təşkil etməsi heç kimə təəccüblü görünməməlidir. Tək ABŞ-da bu sahə illik gəlirlərinə görə “Google”, “NBA”, “NFL”, “Amazon” və digər nəhəngləri geridə qoyur. Bunu da qeyd etmək lazımdır ki, ABŞ-da bu sahə yalnız Los-Anceles və Nyu-Hempşirdə qanuniləşdirilib. Həmçinin nəzərə almaq lazımdır ki ABŞ porno materialların istehsalı üzrə birinci yerdə dursa da tələbat üzrə heç də ilk yerlərə sahib deyil. 2015-ci ilin tədqiqatları göstərir ki, internetdə porno axtaran 8 ölkədən 6-sı müsəlman ölkələridir. Siyahıya liderliyi Pakistan edir, ondan sonra Misir, dördüncü yerdə İran, səkkizinci yerdə isə Türkiyə qərarlaşıb.

 

Kinematoqrafiya

 

“Forbes”in rəyinə görə böyüklər üçün filmlər ölkə vergisi üçün əhəmiyyətli bir gəlir qaynağıdır. Bu isə minlərlə insanın gəlir mənbəyi olduğunu göstərir. Pornoqrafiya büdcənin artırılması üçün yaxşı gəlir mənbəyinə çevrilə bilər. Belə ki, ABŞ-ın porno sənayesinin 90 faiz video materiallarının çəkildiyi Kaliforniya ölkənin bütün vergi gəlirlərinin 8 faizini təmin edir. Bu göstəricilər Çexiya üçün 5%, bəzi Almaniya üçün 20 faizə çatır.

 

Tanınmış aktyorlardan Silvester Stalone, Madonna, Pamela Anderson, Sandra Bullok, Demi Mur və hətta Ceki Çan belə porno və ya bu xarakterli filmlərdə çəkilib. Bundan əlavə tanınmış porno aktyorların belə ciddi filmlərdə həm əsas, həm də ikinci planda rollara çəkildiyi filmlər var.

 

Bu sahə üzrə də necə deyərlər “porno oskar” təqdim olunur. Belə ki, aktyorlara 1984-cü ildən “AVN Awards”, 1985-ci ildən “XRCO Award”, 2003-dən “XBIZ Award”, 2006-dan isə “Fans of Adult Media and Entertainment Award” mükafatları təqdim olunur.

Bu sahə üzrə fəaliyyət göstərən aktyorların belə normal gəlirlərini olduğunu söyləmək olar. Bu barədə “İndependent” nəşrinə bir çox porno aktyorların təmsilçisi olan “La Direct Models” şirkətinin yaradıcısı Derek Heyin danışıb.

Onun sözlərinə görə ən yaxşı aktyorlar öz işlərinə görə illik 300-400 min dollar gəlir əldə edirlər. Bəzi aktyorların qonorarları 500 min dollara çata bilər.

 

O, həmçinin bu gəlirlərin sabit olmadığını da qeyd edib. Yəni aktyorların gəlirləri onların etməyə hazır olduqları işlərə görə dəyişir. Adi səhnələr üçün əsasən min dollar verilir. Aktyorların məşhurluğundan və onları kimin təmsil etməsindən asılı olaraq bu rəqəmlər 10-20 faizə kimi dəyişə bilər.

 

Əgər bir aktyor əvvəl etmədiyi işi görəcəksə studiya həvəsləndirmək üçün qonorarı artırır. Həmçinin qeyd etmək lazımdır ki, gəlir məsələsində kişi aktyorların vəziyyəti əks cinsə nisbətdə heç də yaxşı deyil. Çox zaman qadınlar kişilərdən daha çox qonorar alır.

 

Bundan əlavə bəzi məlumatlara görə kadr arxasındakılar da az qazanmırlar. Bir gün üçün rejissor 1000-3000, operator 500-700, səs rejissoru 300-400, ssenarist 250-400, qrimçi və fotoqraf 500 dollar əldə edir.

Bu qiymətlər təbii ki ölkələrdən asılı olaraq dəyişir.

1998-ci ildən etibarən Amerika pornoqrafiyasında HIV testi məcburi hal alıb. Həmin andan yalnız 4 aktyor bu virusa yoluxub.

 

Qeyd edək ki, 2017-ci ilin statistikasına ən çox axtarış verilən pornoqrafiya materialları içərisində qadınlar üçün olan videolar birinci yerdədir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır