Modern.az

Elza Paşinyana şeir yazacaq

Elza Paşinyana şeir yazacaq

18 Avqust 2018, 10:58

Əməkdar artist Elza Seyidcahan hər zaman diqqət mərkəzində olmağı bacarıb. Yadınızdadırsa, müğənni  Ermənistanın  sabiq prezidenti Serj Sarkisyana da şeir həsr etmiş və  oxucu reaksiyası qazanmışdı.  

 

Müğənni-şair Ermənistanın baş naziri Nikol Paşinyana da şeir yazacaqmı?

 

O, Modern.az saytının əməkdaşı ilə söhbət zamanı  solo konsertə hazırlaşdığını deyib:

 

“Yeni  bəstələrim çoxdur, tezliklə eşidəcəksiniz. Yay fəsli olsa da, mən hər zaman iş başındayam . O cümlədən solo konsertə hazırlaşıram və bu, noyabrın 19-da baş tutacaq.

 

Qaldı ki, Serj Sarkisyana  yazdığım şeirə.. Bu şeiri o vaxt YAP-ın dəstəyi ilə keçirilən aksiya zamanı yazdım.  Şeirim doğurdan da böyük səs-küy yaratdı. Hətta Rusiyadan çoxlu zənglər gəlmişdi, şeirimi bəyəndiklərini demişdilər. Paşinyana şeir yazıb-yazmayacağım barədə isə nəsə demək çətindir. Yaradıcılıq  elə bir şeydir ki, o ani yaranır. Həmin an gələrsə, yaza bilərəm”.

 

Əməkdar artist həmçinin  ikinci kitabının  çapı haqqında düşündüyünü də  bildirib:

 

“Mənim şəklimin həkk olunduğu çantalar istehsal olundu.  Çantalar dünya miqyasında tanınmış böyük yaradıcı  heyətin  məhsuludur.  Sentyabrda bu haqda ətraflı eşidəcəksiniz. Çantaların satışından alınan pulla xeyriyyə fonduna köçürüləcək.

 

“Mən dəlinin rəssamı” kitabım  isə satılıb və indi də satılır.  Bu yaxınlarda kitabla bağlı görüşümüz olacaq. Yeni kitabım da çap olunacaq. Bu, musiqi əsərlərimlə birbaşa bağlıdır. Yəqin ki,  ikinci kitabımın çapı  yaxın bir il ərzində reallaşacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir