Modern.az

Məşhəddə 6 nəfər edam olundu

Məşhəddə 6 nəfər edam olundu

Dünya

18 Avqust 2018, 11:23

İranın  Məşhəd şəhərində  6 adam edam edildi.

Modern.az saytı xarici KİV-ə istinadən  xəbər verir ki, həmin şəxslər qrup şəklində oğurluq və  qəsb etmək  ittihamı ilə edam hökmü  almışdı  və qərar bu gün reallaşıb.

Məşhəd şəhər prokurorunun müavini Həsən Heydəri  yerli mətbuata verdiyi açıqlamada  edam edilənlərin ehtiyac sahibi olmadığını vurğulayıb:

“Qrupun başındakı adam əvvəllər zərgərlik edirdi, ona görə çanta ticarəti ilə məşğul olan zərgərləri tanıyırdı. Bu qrup  axırıncı dəfə  Məşhəd - Tehran arasında səfər edən bir vətəndaşdan 4 kilo qızıl oğurlayıb.  Edamlar  başqalarının malında gözü olan, cəmiyyətin dincliyini və təhlükəsizliyini pozan şəxslər üçün ibrət olmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır