Modern.az

Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

18 Avqust 2018, 12:23

Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb.

Modern.az-ın Report-a istinadən məlumatına görə, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Nadejda Məmmədova Kiyevə qardaşının yanına qonaq gedib.

O, Ukrayna vətəndaşı olan qardaşı, 1956-ci il təvəllüdlü Sergey Trenti ilə birgə magistral yolda avtomobill qəzasına düşüb. Belə ki, onların olduqları avtomobil başqa bir avtomobilə toqquşub. Nəticədə bacı və qardaşı hadisə yerində ölüb. 

Məlumatlara görə, qəza nəticəsində digər avtomobilin sürücüsü də aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Ukraynanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır