Modern.az

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi

18 Avqust 2018, 13:32

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Ədalət və İnkişaf Partiyasının (AKP) VI Qurultayı keçirilir.

Modern.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qurultayın işində iştirak edir.

Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir