Modern.az

Putin Almaniyaya gedib

Putin Almaniyaya gedib

18 Avqust 2018, 21:30

Rusiya prezidenti Vladimir Putin Almaniyaya gedib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində Putin Almaniya Kansleri Angela Merkellə görüşəcək.

 

Rusiya Prezidenti yolüstü Avstriyada dayanıb. O, Avstriyanın xarici işlər naziri xanım Karin Knaysl və maliyyəçi Volfqanq Maylingerin toyunda iştirak edib.

Rusiya prezidenti və AFR Kanslerinin danışıqları mətbuat üçün bəyanatlarla başlayacaq və onlar qarşıdakı görüşün əsas mövzularını açıqlayacaqlar. Sonra söhbət işçi nahar formatında mətbuat üçün qapalı davam etdiriləcək. Görüşdə Suriya nizamlanması mövzusuna, Ukraynanın şərqindəki vəziyyətə, Rusiya və AFR-in ikitərəfli əməkdaşlığına, həmçinin energetika məsələlərinə toxunulacağı gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...