Modern.az

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu

18 Avqust 2018, 22:26

Bu gün Qarabağ müharibəsi veteranı, Xalq Hərəkatının fəallarından olan tanınmış ziyalı Vaqif Əlisoyun müəllifi olduğu “Kaş gözlərim kor olaydı…” adlı kitabıbının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, “Azərkitab” məırkəzində gerçəkləşən tədbirdə Xalq Hərəkatının fəalları, Qarabağ döyüşçüləri, qazilər və şəhid ailələrinin üzvləri, ziyalılar və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu açaraq kitabla bağlı qısa məlumat verib.

Bildirilib ki, kitabda ötən əsrin sonlarında, 1988-ci ildən başlayan xalq hərəkatı dönəmində Rusiyanın himayəsi altında Ermənistanın Azərbaycana təcavüzündən, Qarabağın, o cümlədən Cəbrayılın işğalından bəhs edilir. Milli mücadilə, torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlərin od-alovundan keçən müəllif, rayonun işğalı ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib. Eyni zamanda, müəllif bu hadisələrin Cəbrayılın işğalına apardığı yola müxtəlif istiqamətlərdən işıq salıb.

Üç hissədən ibarət – “Cəbrayıl və 20 Yanvar həqiqətləri”, “Girov qızlarımız, sinəsi dağlanmış əsgərimiz” və “Kaş gözlərim kor olaydı…” adlı hissələrdən ibarət olan bu kitab birbaşa hadisələrin mərkəzində olan canlı şahidin qələmə aldığı qanlı tariximizin bir parçasıdır.

Tədbirdə çıxış edənlər də kitabın müasir tariximiz, erməni vəhşiliyi və həmin dövrün hadisələrinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Onu da nəzərə çatdıraq ki, Vaqif Əlisoyun “Kaş gözlərim kor olaydı…” yazısı 2015-ci ilin avqustunda Modern.az saytında yayımlanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...