Modern.az

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   

18 Avqust 2018, 23:47

Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi daha bir xarici festivalda uğur qazanıb.

Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, "Şollerin arxivi" bədii filmi bu dəfə Hindistanda kecirilən Lake City İnternational Film Festival-da "Ən Yaxşı Film" kateqoriyasının qalibi olub. 

Qeyd edək ki, şəkildəki siyahıda "Şollerin arxivi" filminin adı ikinci yazılıb.


Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. 

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azər­baycan-Alma­niya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...