Modern.az

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

18 Avqust 2018, 23:43

Üçüncü mikrorayon dairəsində hərəkət bundan sonra daha asan olacaq. Modern.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi dairədə hərəkətlə bağlı bir sıra yeniliklərin tətbiqinə qərar verib.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirir ki, 3-cü mikrorayon dairəsi nəqliyyatın yüksək intensivliyinin müşahidə olunduğu üçün burada burda hərəkət axınının sürətləndirilməsinə böyük ehtiyac yaranıb.

 

Mayis Ağayev bildirir ki, əsas vacib məqamlardan biri isə ərazidə piyadaların təhlükəsiz hərəkətinə nail olmaqdır.

 

"Memar əcəmi" metrostansiyası yaxınlığında da, həmçinin, dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Bu isə hər hərəkət xətti üzrə avtomobillərin başqalarına mane olmadan rahat hərəkətini təmin etmiş olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi