14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Cəbrayılda görüşənədək...  
Cəbrayılda görüşənədək...  
19.08.2018, 09:15

İsmayıl İMANZADƏ         

          
Halal kişilərin belindən gəlib,

Təmtəmiz qanlıdır Cəbrayıllılar... 


Vücudunda tərtəmiz türk qanı dövr eləyən hər bir soydaşımız kimi, bizim Cəbrayıl camaatı da zaman-zaman dünyaya göz açdıqları ata ocaqlarına bağlı insanlar olub. Bizim qəlbimizdə Xudafərin körpülərindən, Diri, Tey, Tumasata, Ağoğlan, Ziyarat... dağlarından, Gəyən, Topcaq çöllərindən, ulu yaşayış məskənlərimizdən,- bir sözlə Cəbrayılın hər qarış torpağından başlayan  Vətən, Qarabağın, Şirvanın, Milin-Muğanın, Naxçıvanın, Gəncənin, Qazaxın, Şəkinin, Lənkəranın... timsalında böyüyərək bütövləşib.

 
Bir çoxları kimi mənim də xeyirxah qələm dostum olan rəhmətlik Fərman Kərimzadə deyirdi ki, ata-anasını sevdiyinə görə adama “sağ ol” deməzlər. Yəni, övladın borcu valideyinlərinə sevgi-ehtiram hissi bəslələməklə ifadə olunmalıdır. Bu meyarla yanaşdıqda, son iyirmi beş ildən bəri yurd nisgiliylə yaşayan bizim Cəbrayıl camaatının  nə vaxtsa təzədən doğma el-obaya qayıdaraq, öləndə də o ulu məkandakı torpağa qarışmaq istəkləri həmişə olduğu kimi indi də təzə-tərdir.

 
Ancaq ötən illər ərzində bu istəyə qovuşmadan qəriblikdə dünyalarını dəyişən minlərlə həmyerlimiz var ki, onların nigaran ruhları Cəbrayıla-bütövlükdə Qarabağa qayıdacağımız günlərə kimi bizi şəhidlərimizin qanları çilənən ulu yurd yerlərimizə səsləyəcəkdir.

  
Doğulub boya-başa çatdığım, uzun illərdən bəri yalnız yuxularımda vüsalına qovuşduğum Cəbrayılın işğal günü ərəfəsində illər öncəsi yurd savaşında şəhidliyin İmam Hüseyn zirvəsinə ucalan ərənlərimizə və sonrakı vaxtlarda ölkəmizin ayrı-ayrı bölgələrində dünyadan köçənlərimizə ulu Tanrıdan rəhmət diləyir, doğma ata elimizə qayıtmaq naminə ümidlərini öləziməyə qoymayan həmyetlilərimə isə: - İnşallah könül paytaxtımız Cəbrayılın tacı olan Xan Çinarın dövrəsində təzədən görüşənədək,-deyirəm. Allah amanında...

       
P. S. Elə bu istəklə də ata elimizə övlad sevgisiylə qələmə aldığım iki şeirimi diqqətinizə təqdim edirəm.

    
CƏBRAYILLILAR


Cocuq Mərcanlıdır bərəsi-bəndi,

Səslədim, Xan Çinar dil açdı, dindi.

Hacı Qaramandı, Xudafərindi -

Araz ünvanlıdır Cəbrayıllılar.

 

Qumlaq, Süleymanlı səsli-soraqlı,

Soltanlı dastandır, - min bir varaqlı.

Həm Quycaq, Dağtumas, Balyand, İsaxlı -

Həm Mirzəcanlıdır Cəbrayıllılar.

 

Qeyrətli oğuldu, vəfalı yardı,

Diridə çiçəkdi, Sirikdə qardı.

Hər biri ya Kazım, ya da Şikardı -

Şərəfli-şanlıdır Cəbrayıllılar.

 

Dədə Qurbaninin elindən gəlib,

Gəyənin yovşanlı çölündən gəlib.

Halal kişilərin belindən gəlib -

Təmtəmiz qanlıdır Cəbrayıllılar.

 

Aran təbəssümlü, dağ ürəklidir,

Allah adamıdır-saf diləklidir.

Elə əzəl gündən duz-çörəklidir -

Çox istiqanlıdır Cəbrayıllılar.

 

İsmayıl deyir, şirinimdi-acımdı,

Könül sarayımda sənət tacımdı.

Atamdı-anamdı, qardaş-bacımdı -

Böyük Mərcanlıdır Cəbrayıllılar -

                                29.06.2018  

 

OKTAY HƏZİYEVƏ MƏKTUB

 

Salam, nə var-nə yox, başına dönüm,

Kaş bir də yanına düşəydi yönüm.

Bilmirəm heç necə danışıb-dinim,

Elə bil kəsiblər dilimi, Oktay!

 

Bir dünyam var  idi, - aranlı-dağlı,

Gəzirəm hey onu əliçıraqlı...

Axşamım-sabahım zəfər soraqlı,

Haqqdan üzməmişəm əlimi, Oktay!

 

Sənin hər addımın təzədi-tərdi,

Varlığın bir ağır elə sipərdi.

Cocuq Mərcanlıda əkdin,- göyərdi,

Solan çiçəyimi-gülümü, Oktay!

 

Ayları, illəri uc-uca düydük,

Lələdə düşmənin qəddini əydik.

Kaş, bir də yazağzı gedib gəzəydik,

Gəyəndə yovşanlı çölümü, Oktay!

 

Tanrının hər sınağı bir aynadır,

Yurd nisgili səbrimizi qaynadır...

İyirmi beş ildir ki, yellər oynadır,

Sönən ocağımda külümü, Oktay!..

 

Nə bəndim-bərəm var, nə açıq qapım,

Yetər, qoy gurlasın tüfəngim, topum.

Qəddimi dikəldib təzədən tapım,

Bir vaxt itirdiyim elimi, Oktay!

                   
09. 08. 2018
Mingəçevir şəhəri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?
13.11.2018, 17:37

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

Deputat qiymət artımına etiraz etdi
13.11.2018, 17:11

Deputat qiymət artımına etiraz etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  
13.11.2018, 16:51

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  
13.11.2018, 16:48

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  

ARXİV