Modern.az

Çində güclü qasırğa

Çində güclü qasırğa

19 Avqust 2018, 20:32

Çində “Rumbiya” qasırğası faciə ilə nəticələnib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 18 nəfər yaralanıb.  Bundan əvvəl Syuçjoy rayonunda 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı deyilirdi.

 

İlkin hesablamalara görə, təbii fəlakət nəticəsində təxminən 69 min hektar əkin sahəsinə, 1800-dən çox evə və digər obyektlərə, infrastruktura ziyan dəyib.

 

Rayon rəhbərliyi təbii fəlakətin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə yardım etmək üçün tədbirlər görür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!