Modern.az

Paşayeva Makedoniya və Koreya türkləri ilə bir arada

Paşayeva Makedoniya və Koreya türkləri ilə bir arada

19 Avqust 2018, 22:01

Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində millət vəkili Qənirə Paşayeva Makedoniya Elmlər Akademiyasının professoru Numan Arucun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri və Koreyadan türk dünyasının dostları olan ziyalılar ilə görüşüb. Modern.az xəbər verir ki, görüşlərdə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan barədə məlumat verən millət vəkili Qənirə Paşayeva türk dünyanın güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb, onları ölkəmizə dəvət edib.

 

Deputat görüşlər zamanı Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağdan, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb, geniş məlumatlar verib və Qarabağ həqiqətlərinin yayılmasında onları daha fəal olmağa çağırıb.

 

Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova, iş qadını Pərvanə Mustafayeva da iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır