Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinə yekun vurulub. Modern.az xəbər verir ki, günün ilk yarışında Milli Gimnastika Arenasında 2008-ci il təvəllüdlü gimnastlar fərdi proqramda alətsiz və halqa ilə hərəkətlərdə mübarizəyə qoşulublar. İki hərəkətin cəminə görə Bakı Gimnastika Məktəbinin (BGM) yetirməsi Leyli İsmayılova 25,950 xal toplayaraq birinci olub. “Ocaq Sport” klubunun təmsilçisi Nərminə Bayramova 24,500 xalla ikinci yeri tutub. Ukraynalı Anastasiya Korotianskaya isə 23,850 xalla ilk üçlüyü qapayıb.
2007-ci il təvəllüdlü yeniyetmələrin çoxnövçülük üzrə halqa və topla yarışlarının ümumi nəticəsinə görə “Ocaq Sport” klubunun yetirmələri ilk üç pillədə qərarlaşıblar. Belə ki, Fatimə Məmmədzadə (24,950 xal) qızıl, Mədinə Dəmirova (23,550 xal) gümüş, Kamilla Seyidzadə (22,700 xal) bürünc medal qazanıblar.
Sonra 2006-cı il təvəllüdlü yeniyetmələr çoxnövçülük üzrə ip, top və gürzlərlə yarışlarda qalib adı uğrunda mübarizə aparıblar. Zəhra Paşayeva 41 xalla birinci, Alina Gözəlova 40,050 xalla ikinci, Kamilla Əliyeva isə 39,050 xalla üçüncü olub. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.
Gənclər (2003-2005-ci il təvəllüdlü) arasında yarışlarda isə halqa, top, gürzlər və lentlə hərəkətlərdə çoxnövçülük üzrə turnirin ən yaxşılarının adlarına aydınlıq gəlib. Bu yaş kateqoriyasında da “Ocaq Sport” klubunun təmsilçiləri rəqibləri üçün əlçatmaz olublar. Nərminə Səmədova (64,500 xal), Arzu Cəlilova (61,300 xal) və Məryəm Səfərova (60,750 xal) fəxri kürsünün ilk üç pilləsində yer alıblar.
Daha sonra komanda yarışlarına start verilib.
Bala gimnastların (2011-2013-cü il təvəllüdlü) alətsiz və topla mübarizəsinin ümumi nəticəsinə görə “Ocaq 8” komandası 19,900 xalla birinci, “Ocaq 10” kollektivi 18 xalla ikinci, “BGM 1” isə 17,950 xalla üçüncü olub. Gənclərin (2003-2005-ci il təvəllüdlü) yarışında isə Azərbaycan milli komandası lentlərlə hərəkətlərdə 15,450 xal toplayıb. Gürzlərlə hərəkətlərdə öz bacarığını nümayiş etdirən Misir yığmasının çıxışını hakimlər 12,150 xalla qiymətləndiriblər. Digər təmsilçimiz “Ayulduz 2” komandası lentlə hərəkətlərdə 5 xal qazana bilib.
Bütün yaş kateqoriyaları üzrə həm ayrı-ayrı alətlər, həm də çoxnövçülük yarışlarında qalib gələn gimnastlara diplom və mükafatlar təqdim olunub.
Bununla da bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub.
Xatırladaq ki, yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport” klubunun, “AyUlduz” klubunun, Sərhədçi İdman Olimpiya Mərkəzinin, “Zirvə” İdman Klubunun, Respublika Kompleks İdman Məktəbinin, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən, ümumilikdə, 130-dan çox gimnast iştirak edib.
Aqrar jurnalistika ilə bağlı layihə başlandı
Artur Rasizadə DANIŞDI: “Nəticələrimlə oynayıram”
Universitetdə karyera sərgisi təşkil olunub - FOTO
UNEC tələbələrinin məqaləsi SCOPUS-da
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
Vəfat etmiş şəxsə niyə protokol yazıldı? - AÇIQLAMA
Xocalı soyqırımının qurbanları bir çox ölkələrdə yad ediləcək
Ermənilərin Gürcüstanda yeni “dəsti-xətti”
Ermənistan Cavaxetiya separatçılarının liderini axtarışa verdi
ABŞ-a yarışa bu şagirdlər gedəcək
Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı
Hərbi attaşelər Azərbaycan silahları ilə tanış oldular
“Tədricən məqsədimizə çatmışıq” - İlham Əliyev
Türkiyədə bir neçə terror aktının qarşısı alındı
ADU tələbələri Cocuq Mərcanlıda təcrübədə
Prezident: “Bu, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu”
5 dövlət orqanında 88 yer vakantdır
İrəvan Dövlət Azərbaycan Dram Teatrına 2 milyon ayrıldı
İlham Əliyev amerikalı müşavirlə görüşdü - YENİLƏNİB
Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb
Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş etdi
Ombudsmanın parlamentə hesabat günü açıqlandı
İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
Bakıda nənə və nəvəsi dəm qazından boğulub öldü
Milli Kəşfiyyat Xidmətinin direktoru istefaya göndərilə bilər
Sabahın hava PROQNOZU - Külək güclənəcək
Azərbaycan Yazıçılar Birliyi: Bizdə belə katiblik olmayıb
İqtisadçı problemli kreditlərin həlli üçün TƏKLİFLƏR verdi
Prezident nazirlərin toplantısında - YENİLƏNİB
Qızını erməniyə ərə vermiş Ağadadaş Kərimov azərbaycanlılarla çeçenlərin görüşündən belə qovuldu - VİDEO
Hərbi Hava Qüvvələri təlimlərə başladı - FOTOLAR
Prezident Avropa Komissiyasının komissarı ilə görüşdü
Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?
Yəhudi diasporu Xocalı qurbanlarını yad edəcək
Lerikdə heyvanlar peyvəndləndi
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
IADC-nin prezidenti Bakı Ali Neft Məktəbində
Agentlik bu ərazilərə də KAMERA quraşdıracaq
DİM gürcü dilini bilən işçi axtarır
Həmsədrlər Yerevana getdilər
Bu yollarda buzlaşma var - SİYAHI
Fironlar ölkəsinə səyahət - FOTOLAR
Kreml Paşinyanı tələsdirmir
Trampla Kim Çen Inın görüşəcəyi məkan DƏQİQLƏŞDİ
Maduro QƏZƏBLƏNDİ: “Quido adlı təlxək...”
Azərbaycanlı gənc Amerika Prezidenti ilə birlikdə Allaha dua etdi - FOTOLAR
“UNEC-100” - Strateji idarəetmə
Azərbaycanda dövlət və din əməkdaşlığı - İki müxtəlif müstəvinin vahid mesajları...
Ötən gün yol qəzalarında 1 nəfər ölüb
Uşaqlara özbaşına sakitləşdirici vermək olmaz - XƏBƏRDARLIQ
Şərh yaz