Arxiv
20 Avqust 2018, 10:36 | AKTUAL
Dövlət qulluğuna test imtahanında uğur qazananların NƏZƏRİNƏ

İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki, izibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün avqustun 18-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün avqustun 20-dən sentyabrın 4-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

 

* ali təhsil haqqında sənədin surəti;

* əmək kitabçasının surəti (olduğu halda).

 

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.

 

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Qarabağla bağlı məsuliyyəti boynundan atır 23 Aprel 2019, 00:56 Yaponiyada 5,4 ballıq zəlzələ oldu 23 Aprel 2019, 00:29 Saxta manatı necə tanımalı? - FOTO 23 Aprel 2019, 00:13 Yevlaxda 14 yaşlı qız zəhərlənərək öldü 22 Aprel 2019, 23:48 Qazaxda orta məktəb şagirdi tələbəni qətlə yetirdi - YENİLƏNİB 22 Aprel 2019, 23:34 Makedoniyada seçkilərin II turu mayın 5-də keçiriləcək 22 Aprel 2019, 23:29 ABŞ-da təyyarə qəzası: 6 ölü 22 Aprel 2019, 23:14 Azərbaycanın BMT çərçivəsində hərbi əməkdaşlığı müzakirə edilib 22 Aprel 2019, 22:43 Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 22 Aprel 2019, 22:30 Sahibə Qafarova Şəmkirdə seçicilərlə görüşdü - FOTO 22 Aprel 2019, 22:13 İsmayıllıda fəhlə uçan divarın altında qalıb öldü 22 Aprel 2019, 21:57 Qazaxıstan nefti Bakı-Supsa boru kəməri ilə Qara dənizə çatdırılacaq 22 Aprel 2019, 21:42 Türkiyədən ABŞ-ın sanksiyalarına cavab 22 Aprel 2019, 21:29 Yaponiya və Çindən Azərbaycana gələn turistlərin sayı artıb 22 Aprel 2019, 21:13 Beş milyarder həbs olundu 22 Aprel 2019, 20:38 İstanbulda 4 mərtəbəli bina uçdu 22 Aprel 2019, 20:18 Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 22 Aprel 2019, 20:02 Zaqatalada dolu əleyhinə raket tapıldı - FOTO 22 Aprel 2019, 19:55 Gömrükçülər üçün təlimə start verildi - Foto 22 Aprel 2019, 19:46 ABŞ Poroşenkoya toxunmamaq göstərişi verib 22 Aprel 2019, 19:37 Bakıda orta məktəbdən oğurluq olub 22 Aprel 2019, 19:28 Təhsil işçiləri arasında futbol çempionatı - FOTO 22 Aprel 2019, 19:18 Nazirlik aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqladı 22 Aprel 2019, 19:09 “Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb 22 Aprel 2019, 19:00 BMU-da Nəsiminin 650-illik yubileyi qeyd olunub - FOTO 22 Aprel 2019, 18:50 Ermənistanın əhalisi iki dəfə azalacaq – BMT açıqladı 22 Aprel 2019, 18:42 BDU-nun rektoruna 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub 22 Aprel 2019, 18:34 Fikrət Məmmədov: 51 icra məmuru vəzifəsindən azad olunub 22 Aprel 2019, 18:26 Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb 22 Aprel 2019, 18:18 Mirqafar Seyidov Bakı polisini topladı - FOTO 22 Aprel 2019, 18:10