Arxiv
20 Avqust 2018, 12:45 | AKTUAL
DSX-nin birgə taktiki döyüş təlimi sona çatdı - FOTOLAR

Dövlət Sər­həd Xidmətinin (DSX) silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi sona çatıb.

 

DSX-dən Modern.az-a verilən məlumata görə, “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölmə­sin­də təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təli­minin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mü­ha­fi­zəsi­nin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlan­ması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zə­rər­sizləşdi­rilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparıl­ması, raket-ar­tilleriya qurğularından atışların keçirilməsi, sərhəd sula­rından qa­nun­suz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qa­çaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınma­sı üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmil­ləşdi­ril­məsi olub.

 

DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və heli­kopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə hə­yata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə dü­şərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üz­rə tapşırıqlar yüksək məharətlə icra edilib. Təlimdə qarşıya qoyu­lan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sər­həd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mər­kə­zi”ndə in­şa edilmiş, itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl na­viqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edil­miş sərhəd gözətçi gəmiləri taktiki döyüş təlimində yüksək manevr im­kanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.

 

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev taktiki döyüş təliminin uğurlu yekunu, nümayiş etdirilmiş yüksək döyüş qabiliyyəti münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, neft-qaz hasilatı və daşın­ması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında yerinə yetirməyin böyük şərəf olmasını xü­su­si vurğulayıb, Xəzər dənizində sərhəd müha­fizə imkanlarının tək­mil­ləş­dirilməsi, şəxsi heyətin peşəkarlığının daha da təkmilləşdirilməsi üzrə tapşırıqlar verib, xidməti-döyüş fəaliyyə­tin­də növbəti uğurlar ar­zu­­layıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Qarabağla bağlı məsuliyyəti boynundan atır 23 Aprel 2019, 00:56 Yaponiyada 5,4 ballıq zəlzələ oldu 23 Aprel 2019, 00:29 Saxta manatı necə tanımalı? - FOTO 23 Aprel 2019, 00:13 Yevlaxda 14 yaşlı qız zəhərlənərək öldü 22 Aprel 2019, 23:48 Qazaxda orta məktəb şagirdi tələbəni qətlə yetirdi - YENİLƏNİB 22 Aprel 2019, 23:34 Makedoniyada seçkilərin II turu mayın 5-də keçiriləcək 22 Aprel 2019, 23:29 ABŞ-da təyyarə qəzası: 6 ölü 22 Aprel 2019, 23:14 Azərbaycanın BMT çərçivəsində hərbi əməkdaşlığı müzakirə edilib 22 Aprel 2019, 22:43 Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 22 Aprel 2019, 22:30 Sahibə Qafarova Şəmkirdə seçicilərlə görüşdü - FOTO 22 Aprel 2019, 22:13 İsmayıllıda fəhlə uçan divarın altında qalıb öldü 22 Aprel 2019, 21:57 Qazaxıstan nefti Bakı-Supsa boru kəməri ilə Qara dənizə çatdırılacaq 22 Aprel 2019, 21:42 Türkiyədən ABŞ-ın sanksiyalarına cavab 22 Aprel 2019, 21:29 Yaponiya və Çindən Azərbaycana gələn turistlərin sayı artıb 22 Aprel 2019, 21:13 Beş milyarder həbs olundu 22 Aprel 2019, 20:38 İstanbulda 4 mərtəbəli bina uçdu 22 Aprel 2019, 20:18 Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 22 Aprel 2019, 20:02 Zaqatalada dolu əleyhinə raket tapıldı - FOTO 22 Aprel 2019, 19:55 Gömrükçülər üçün təlimə start verildi - Foto 22 Aprel 2019, 19:46 ABŞ Poroşenkoya toxunmamaq göstərişi verib 22 Aprel 2019, 19:37 Bakıda orta məktəbdən oğurluq olub 22 Aprel 2019, 19:28 Təhsil işçiləri arasında futbol çempionatı - FOTO 22 Aprel 2019, 19:18 Nazirlik aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqladı 22 Aprel 2019, 19:09 “Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb 22 Aprel 2019, 19:00 BMU-da Nəsiminin 650-illik yubileyi qeyd olunub - FOTO 22 Aprel 2019, 18:50 Ermənistanın əhalisi iki dəfə azalacaq – BMT açıqladı 22 Aprel 2019, 18:42 BDU-nun rektoruna 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub 22 Aprel 2019, 18:34 Fikrət Məmmədov: 51 icra məmuru vəzifəsindən azad olunub 22 Aprel 2019, 18:26 Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb 22 Aprel 2019, 18:18 Mirqafar Seyidov Bakı polisini topladı - FOTO 22 Aprel 2019, 18:10