Modern.az

Robert Koçaryanın evində və ofisində axtarış aparılıb

Robert Koçaryanın evində və ofisində axtarış aparılıb

Aktual

20 Avqust 2018, 14:54

2018-ci il martın 1-də Yerevandakı hadisələr üzrə iş çərçivəsində Ermənsitanın sabiq prezidenti Robert Koçaryanın evində və ofisində axtarış aparılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Təfərrüatlar barədə məlumat verilmir.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı