Modern.az

Koçaryan rusiyapərəstləri ətrafına toplayır

Koçaryan rusiyapərəstləri ətrafına toplayır

Aktual

20 Avqust 2018, 15:36

Ermənistanın eks-prezidenti Robert Koçaryanın yeni strategiyası barədə siyasi ekspert Armen Badalyan danışıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ekspert Koçaryanın Rusiya yönümlü elektoratı öz ətrafına yığmağa çalışdığını bildirib.

O, Ermənistanın ikinci prezidentinin baş nazir Nikol Paşinyanın siyasətini tənqid etməsinə diqqət çəkərək burada Rusiya yönümlü elektorata müraciət olunduğunu vurğulayıb.

“Robert Koçaryanın bəyanatlarının əsas ünvanı Rusiya yönümlü elektoratdır. Bu seçicilər hələ ki, təşkil edilməyib, onların bir mərkəzə, ətrafında konsolidasiya olunacaqları bir qütbə ehtiyacları var. Düşünürəm ki, ikinci prezident bu mərkəz olmaq istəyir. Bu problemin həllində müvəffəq olub-olmayacağı isə başqa məsələdir” – Badalyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Exo Moskva” radiosunda çıxışı zamanı Rusiyanın payızda Paşinyanın qarşısına oliqarxlardan ibarət ordu çıxacağını söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır