Modern.az

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır

Aktual

20 Avqust 2018, 16:42
Azərbaycan Xüsusi İdmançıların İdman Klubları daun sindroumlular üçün futbol məşqləri təşkil edir.
 
Klubdan Modern.az-a verilən məlumata görə, futbol məşqlərinə müəyyən edilmiş yaş qrupları üzrə daun sindromlular cəlb ediləcək.
 
Klubun təsisçisi Elnur Məmmədli bildirib ki, daun simdromlular arasında futbol məşqlərinin keçirilməsi onlarda futbola qarşı marağı artırmaq, həmçinin onların cəmiyyətdə tədric olunmadıqlarının bir daha hiss etdirməkdir:
 
"Düşünürük ki, daunlular arasında keçirəcəyimiz futbol məşqlərinə qoşulanlar olacaq. Bu məşqlərin daha maraqlı olacağını düşünürük. Biz bu addımımızla həm onların futbola olan marağını daha da artıcağıq, həm də onların cəmiyyətdən tədric olunmadığını göstərəcəyik", - deyə E.Məmmədli bildirib.
 
Klubun təsisçisi bildirib ki, hazırda daun sindroumluların yığılması prosesi gedir. Daha sonra komanda foormalaşdırılacaq. Bu komandanın Türkiyə və Avropada daun sindroumlular arasında keçiriləcək yarışlarda oştirakı nəzərdə tutulub.
Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar