Modern.az

Dünya çempionatı-2010-un püşkü atıldı (yenilənib)

Dünya çempionatı-2010-un püşkü atıldı (yenilənib)

4 Dekabr 2009, 21:27

Dünya çempionatının püşkatması keçirilir (CANLI)

Bu gün 2010-cu il Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Modern.az
xəbər verir ki, Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Püşkatma mərasimini cənubi afrikalı aktrisa Şarlis Teron aparıb.

Püşk nəticəsində 32 milli komanda 8 qrupda yer alıb. Mərasimdən öncə millilər 4 səbətə bölüşdürülmüşdü:



I səbət:
Braziliya, İspaniya, Hollandiya, İtaliya, Almaniya, İngiltərə, Argentina, CAR

II səbət: Avstraliya, Yaponiya, Cənubi Koreya, KXDR, Honduras, Meksika, ABŞ, Yeni Zelandiya

III səbət: Əlcəzair. Kamerun, Kot d`İvuar. Qana, Nigeriya, Çili, Paraqvay, Uruqvay

IV səbət: Danimarka, Fransa, Yunanıstan, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə

                                        ***

Tədbirin qeyri-rəsmi hissəsindən sonra püşkatma olub. Beləliklə?

"A" qrupu: CAR, MEKSİKA, URUQVAY, FRANSA   

"B" qrupu: ARGENTİNA, NİGERİYA, CƏNUBİ KOREYA, YUNANISTAN

"C" qrupu: İNGİLTƏRƏ, ABŞ, ƏLCƏZAİR, SLOVENİYA

"D" qrupu: ALMANİYA, AVSTRALİYA, SERBİYA, QANA

"E" qrupu: HOLLANDİYA, DANİMARKA, YAPONİYA, KAMERUN  

"F" qrupu: İTALİYA, PARAQVAY, YENİ ZEYLANDİYA, SLOVAKİYA

"G" qrupu: BRAZİLİYA, KXDR, FİL DİŞİ SAHİLİ, PORTUQALİYA    

"H" qrupu: İSPANİYA, İSVEÇRƏ, HONDURAS, ÇİLİ

Dünya çempionatının final mərhələsi gələn il 11 iyun - 11 iyul aralığında CAR-da keçiriləcək.
Turnirin açılış matçında meydan sahibi - CAR Meksika millisiylə qarşılaşacaq Mundialın ilk oyunu iyunun 11-də, sonuncu - final qarşılaşması isə iyulun 11-də baş tutacaq.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?