Modern.az

Əfqanıstan prezidenti çıxış edərkən iqamətgahına raket atıldı

Əfqanıstan prezidenti çıxış edərkən iqamətgahına raket atıldı

Dünya

21 Avqust 2018, 10:23

Əfqanıstan prezidenti Əşrəf Qəninin auditoriya qarşısında çıxışı zamanı paytaxt Kabul raket hücumuna məruz qalıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hücumun hədəfinin prezident iqamətgahı olduğu bildirilir.

Raketlərin yerli vaxtla saat 9-da (Bakı vaxtı ilə 08:30-da) prezidentin Qurban bayramı münasibəti ilə çıxışı zamanı atıldığı qeyd edilir.

“Bəzi qruplar var ki, hələ də təcavüzü davam etdirirlər. Onlar raketlərlə Əfqanıstanın inkişafının qarşısını ala bilməyəcəklər” – Qəni bildirib.

Təhlükəsizlik xidmətinin əməkdaşları raketlərin atıldığı yeri müəyyən edərək iki terrorçunu məhv ediblər.

Hazırda təhlükəsizlik qüvvələri ilə qruplaşma arasında döyüşlər davam edir.

Şəhərə dəymiş zərər və itkilər barədə hələ ki heç bir məlumat verilməyib.

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır