19 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB
Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB
21.08.2018, 11:03

2018-ci ilin fevral ayından təmirə bağlanan Babək prospektində tikinti-bərpa işləri davam etdirilir. Diqqətçəkən məqam yolun 20 gün əvvəl istifadəyə verilən hissəsində söküntü işlərinin aparılmasıdır. Belə ki, təmir zamanı ikiyolayırıcı hissənin çıxıntısı əsas yolun az qala yarısını tuturdu. Bu isə nədənsə yol təmir olunandan sonra yada düşüb. Və həmin hissədə asfalt örtük, eyni zamanda işıq dirəyinin ətrafındakı yeni səki daşları sökülüb. Hazırda yolun həmin hissəsi genişləndirlərək, təmir edilir.

 

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, bu işlər vətəndaşların təhlükəsizliyi baxımından həyata keçirilir:

“Belə ki, şəhər şəraitində, hərəkət intensivliyinin çox olduğu şəraitdə həmin hissələrdə olan çıxıntılar təhlükəsizliyi tam təmin edə bilmədiyi üçün daha da təkmilləşdirilərək təhlükəsiz hala gətirilir. İşlər əlavə vəsait xərclənmədən icra olunur”.

 

Qurum rəsmisi təmir edilmiş hissənin sökülməsini və yolun yenidən genişləndirilməsini belə izah edib:

“Təmirdən sonra aparılan araşdırmalarda yolun çıxıntısız vəziyyətdə daha təhlükəsiz olacağı qənaətinə gəlinib”.

 

A.Nəcəfli eyni zamanda bildirib ki, Babək prospektinin 6 kilometrlik hissəsində işlər yekunlaşıb:

“Ümumilikdə yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca qaz xətləri, təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir.  

 

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.

 

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülür.

Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Belə ki, prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

 

Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələr tikilir,  avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılır.

 

Tikinti layihəsi çərçivəsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr, həmçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli dərəcədə təsir etmiş olacaq. Ümumilikdə yenidənqurma işlərinin cari ilin sentyabr-oktyabr aylarında yekunlaşdırılması nəzərdə tutulub”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev imzaladığı sərəncamla Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Polşada Bakıya həsr olunan sərgi təşkil olunub
19.09.2018, 00:56

Polşada Bakıya həsr olunan sərgi təşkil olunub

Türkiyə 10 terrorçunu zərərsizləşdirdi
19.09.2018, 00:42

Türkiyə 10 terrorçunu zərərsizləşdirdi

Elmar Məmmədyarov Dünya İqtisadi Forumun prezidenti ilə görüşdü
19.09.2018, 00:28

Elmar Məmmədyarov Dünya İqtisadi Forumun prezidenti ilə görüşdü

"Barselona"dan böyük hesablı qələbə
19.09.2018, 00:11

"Barselona"dan böyük hesablı qələbə

Avtobus qəzasında 11 nəfər öldü
18.09.2018, 23:56

Avtobus qəzasında 11 nəfər öldü

Azərbaycan yığması böyük hesabla uduzdu: 7:0
18.09.2018, 23:42

Azərbaycan yığması böyük hesabla uduzdu: 7:0

Dünyadakı süni intellekt şirkətlərinin sayını açıqlanıb
18.09.2018, 23:33

Dünyadakı süni intellekt şirkətlərinin sayını açıqlanıb

Prezidentin adına saxta hesab açanlar məhkəmə önündə
18.09.2018, 23:19

Prezidentin adına saxta hesab açanlar məhkəmə önündə

İçərisində 157 cəsəd olan yük maşını aşkarlandı
18.09.2018, 23:00

İçərisində 157 cəsəd olan yük maşını aşkarlandı

Paşinyanın Qarabağa qəfil səfərinin səbəbi
18.09.2018, 22:44

Paşinyanın Qarabağa qəfil səfərinin səbəbi

Əhalinin banklarda 8 milyarda yaxın pulu var
18.09.2018, 22:28

Əhalinin banklarda 8 milyarda yaxın pulu var

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı
18.09.2018, 22:12

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı

Daşkəsən sakini qohumunun başını kəsdi
18.09.2018, 21:59

Daşkəsən sakini qohumunun başını kəsdi

Bərdədə kollec tələbəsi bıçaqlandı
18.09.2018, 21:41

Bərdədə kollec tələbəsi bıçaqlandı

7 yaşlı Rüfətə KÖMƏK LAZIMDIR   
18.09.2018, 21:37

7 yaşlı Rüfətə KÖMƏK LAZIMDIR  

Azərbaycanda zəlzələ olub
18.09.2018, 21:28

Azərbaycanda zəlzələ olub

İlham Əliyev: “Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub”
18.09.2018, 21:16

İlham Əliyev: “Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub”

İçməli sudan 27 min insan zəhərlədi
18.09.2018, 20:59

İçməli sudan 27 min insan zəhərlədi

“Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18.09.2018, 20:44

“Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”

Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18.09.2018, 20:27

Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı

Kürdəmir sakini qonşusunu güllələdi - VİDEO
18.09.2018, 20:16

Kürdəmir sakini qonşusunu güllələdi - VİDEO

Daha bir kəndə  qaz verildi
18.09.2018, 20:02

Daha bir kəndə  qaz verildi

Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
18.09.2018, 20:00

Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Daha bir ölkə narkotik istifadəsini leqallaşdırdı
18.09.2018, 19:55

Daha bir ölkə narkotik istifadəsini leqallaşdırdı

“Binə”yə gedən yolda qəza oldu - Tıxac yarandı
18.09.2018, 19:50

“Binə”yə gedən yolda qəza oldu - Tıxac yarandı

Yerli icra hakimiyyəti orqanları yalnız bu halda tikintiyə icazə verəcəklər - Fərman
18.09.2018, 19:42

Yerli icra hakimiyyəti orqanları yalnız bu halda tikintiyə icazə verəcəklər - Fərman

"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18.09.2018, 19:34

"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca

Regional mədəniyyət idarələrinin obyektlərində təmir işləri görüləcək
18.09.2018, 19:24

Regional mədəniyyət idarələrinin obyektlərində təmir işləri görüləcək

Qatarla 1,7 milyondan çox sərnişin daşınıb
18.09.2018, 19:17

Qatarla 1,7 milyondan çox sərnişin daşınıb

Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18.09.2018, 18:50

Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri

Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüş hazırlığını yoxladı - FOTO
18.09.2018, 18:43

Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüş hazırlığını yoxladı - FOTO

Biləsuvarda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM
18.09.2018, 18:34

Biləsuvarda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM

DTX Ağsuda əməliyyat keçirdi   
18.09.2018, 18:19

DTX Ağsuda əməliyyat keçirdi  

Prezident İcra Hakimiyyətinə pul ayırdı
18.09.2018, 18:01

Prezident İcra Hakimiyyətinə pul ayırdı

Daxili İşlər Nazirliyi həkim axtarır
18.09.2018, 17:53

Daxili İşlər Nazirliyi həkim axtarır

ARXİV