Modern.az

Salvador Tayvanla diplomatik əlaqələrə son qoydu

Salvador Tayvanla diplomatik əlaqələrə son qoydu

21 Avqust 2018, 11:24

Salvador hakimiyyəti Tayvanla diplomatik əlaqələrə son qoyub.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Salvador bundan sonra Çinlə münasibətlər qurmağa çalışacaq.

Xatırladaq ki, Çin hakimiyyəti Tayvan respublikasını tanımır və bu əraziləri öz subyekti kimi bilir. Çin həmçinin digər ölkələrə də Tayvanla əlaqələr qurmamaq üçün təzyiqlər edir.

Qeyd edək ki, Tayvan əhalisi Çində Mao Tsedunun sosialist inqilabı zamanı məğlubiyyətə uğrayaraq cənuba çəkilən yerli demokratik qüvvələrin qalıqlarıdır. Onlar cənuba çəkilələrən öz ölkələrini qurublar və hələ də ilk Çin demokratik respublikasının bayrağını dalğalandırırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir