Modern.az

Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”

Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”

21 Avqust 2018, 11:29

Türkiyə və Rusiya dövlət valyutalarının dəyər itirməsi və dolların möhkəmlənməsi fonunda bir çox birgə layihələr yenidən gündəmə gəlib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu layihələrdən ən diqqətə layiqi 2,5 milyard dollar dəyərində olan S-400 raketləri məsələsidir.

Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dimitri Şuqayev Moskvanın silah ticarətində dollardan imtina etmək niyyətin olduğunu bildirib.

Buna görə Türkiyə ilə razılaşma məsələsində də razılıq əldə olunub.

Belə ki, 2,5 milyard dollarlıq layihənin bir qismi Türkiyə tərəfindən nağd ödəniləcək, əsas hissəsinin isə Rusiya rublu ilə təmin olunacaq kredit vasitəsi ilə ödənilməsi düşünülür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı