Modern.az

Bakıda sahibkarlar səkiləri zəbt edib – RƏSMİ

Bakıda sahibkarlar səkiləri zəbt edib – RƏSMİ

21 Avqust 2018, 11:33

Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonlarında piyada səkilərinin yoxlanması prosesi başa çatıb.

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov mətbuat konfransında deyib.

F.İsmayılov qeyd edib ki, səkilər bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub, ya da standartlara cavab vermir:

“Bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane törədir. Rayon İcra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində bu problemlərin bir qismi aradan qaldırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir