Modern.az

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

21 Avqust 2018, 12:49

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?