Modern.az

Hindistanda 1 milyon insan təxliyə olundu

Hindistanda 1 milyon insan təxliyə olundu

21 Avqust 2018, 17:07

Hindistanın Kerala Ştatında leysan yağışlarından sonra güclü daşqınlar davam edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar səbəbi ilə artıq 1 milyona qədər insan təxliyə mərkəzlərinə yerləşdirilib.

Bütün ştat üzrə qurulmuş 3200 təxliyə mərkəzlərində 1 028 000 insan qeydiyyata düşüb.

Rəsmilərin sözlərinə görə 50 min ev daşqınlar səbəbi ilə dağılıb.

Təbii fəlakətlə mübarizəyə bütün Ştat ərazisində donanmanın, hava qüvvələrinin və ordunun minlərlə hərbçisi cəlb olunub.

Həmçinin xilasetmə tədbirləri nəticəsində daha 6 nəfərin cəsədinin tapıldığı bildirilir. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 416-ya yüksəlib.

Qeyd edək ki, bundan əvvəl Kerada ştatında təbii fəlakət nəticəsində ölənlərin sayının 410 nəfər olduğu qeyd edilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi