Modern.az

Lavrov sanksiyalardan danışdı

Lavrov sanksiyalardan danışdı

21 Avqust 2018, 17:40

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sanksiyalar barədə danışıb.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov sanksiyaların nə Ukrayna, nə də Suriyaya görə tətbiq edildiyini, əsas səbəbin Rusiyanı durdurmaq olduğunu bildirib.

“Hamıya məlumdur ki, sanksiyalar nə Ukrayna, nə Suriya, nə Krım, nə də ki, başqa bir şeyə görə deyil, haqsız və ümidsiz rəqabət üsullarından istifadə edərək, Rusiyanı durdurmaqdır” – Lavrov qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların Ukrayna və Suriya məsələsində razılıqdan sonra qaldırıla biləcəyini bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?