Modern.az

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

21 Avqust 2018, 17:56

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri avqustun 21-də elan olunub. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 14906 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 348 nəfər (o cümlədən 36 nəfər dövlət sifarişi əsasında*), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9517 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.48% dolub. Qəbul aparılan 54 kollecdən 40 kollecdə plan yerləri 100% dolub. Cəmi 147 yer (1.52%) boş qalıb. Onlardan 124 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Xüsusi qabiliyyət imtahanı tələb etməyən 23 vakant yerin 2-si gözdən əlillər üçün idman və müalicə masajı ixtisası, 21-i isə Bakı İdarəetmə və Texnologiya Kollecinə aid ixtisaslar üzrədir (qiyabi, ödənişli).

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri

Qəbul planı Qəbul olunub Qəbulolma faizi Vakant yerlərin sayı (faizi) Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi

Xüsusi qabiliyyət imtahanı

tələb

etməyən ixtisaslar 8864 8386 457 8843 99.74 23 (0.26)

Xüsusi qabiliyyət imtahanı

tələb

edən ixtisaslar 798 660 14 674 84.46 124 (15.54)

Cəmi 9662 9046 471 9517 98.48 147 (1.52)

Avqustun 24-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında (elektron versiyada, pdf şəklində), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaqdır.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

*Dövlət sifarişi əsasında 25 nəfər İslamşünaslıq ixtisası üzrə Azərbaycan İlahiyyat İnstituna, 3 nəfər Aqronomluq, 8 nəfər isə Torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi