Modern.az

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

21 Avqust 2018, 18:40

 

Bu gün dünyanın ən mühüm problemləri sırasında miqrasiya məsələləri  xüsusi yerə malikdi və misli bərabəri olmayan humanitar fəlakət hesab olunur. Təbii ki, bu məsələnin siyasi, iqtisadi və sosial tərəfləri var. Qeyri-leqal miqrant axının güclənməsi səbəbindən Avropada yaranmış vəziyyəti BMT "İkinci Dünya Savaşından bəri yer  üzündə ikinci qaçqın böhranı" hesab edir.

Miqrant böhranının dərinləşdiyi bütün məqamlarda Almaniya bəzi ölkələrə nisbətən miqrantlara qarşı daha loyal münasibət nümayiş etdirib və avrozona məsələsində olduğu kimi bu problemin həllində də aparıcı rol oynamağa çalışıb.

Bununla yanaşı Avropaya qanunsuz miqrant axını həmin ölkələr üçün də həlli çətin problemlər yaradır, hətta bəzən bu problemlər dövlətləarası münasibətləri zədələmə həddinə gəlib çatır.

Modern.az Olaylar.az-a  istinadən xəbər verir ki, Almaniyadan əldə onunan qeyri rəsmi məlumata görə, sabah Almaniya kansleri Angela Merkelin iqamətgahı qarşısında keçirilən tədbirdə Almaniya Daxili İşlər Nazirliyinin Qaçqınlar və Miqrasiya Məsələləri üzrə Müvəkkiliyinin əməkdaşları da qeyri rəsmi iştirak edəcək. Onlar ölkədə məskunlaşan və Almaniya hökuməti üçün gərəksiz problemlər yaradan qanunsuz miqrantların öz ölkələrinə geri qaytarılması  baxımında qanunsuz miqrantları seçmək istəyirlər. Belə ki, hələ otrum almayan və ya heç bir qeydiyyatı olmayan  miqrantların bu kimi tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...