Modern.az

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

21 Avqust 2018, 19:24

Gəncə şəhərində mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində mikroavtobusun 2 sərnişini - Ağstafa rayon Göycə kənd sakini, 1961-ci il təvəllüdlü Qafilə Paşa qız Paşayeva və 1992-ci il təvəllüdlü Röya Aşur qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?