Modern.az

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

21 Avqust 2018, 19:51
Bu ilin ilk yeddi ayında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13,004 milyard manat təşkil edib.

BFB-dən Modern.az-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Son bir ildə 68 min 720 əqd bağlanıb.

Bakı  Fond Birjasının dövriyyəsinin 5,416 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 6,578 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 103 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 405 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 503 milyon manat olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır