Modern.az

Qazax sakini intihara cəhd etdi

Qazax sakini intihara cəhd etdi

21 Avqust 2018, 20:01

Qazax rayonunda qadın intihara cəhd göstərib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

 

Belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü E.S. yaşadığı evdə müxtəlif adda dərmanlar içərək özünü zəhərləyib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının ruhi xəstə olduğu bildirilir.

 

Onun Qazax Rayonlararası Ruhi Xəstəxanada qeydiyyatda olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi