Modern.az

Azərbaycanlı nazirin pulları həbsdə qaldı

Azərbaycanlı nazirin pulları həbsdə qaldı

21 Avqust 2018, 21:48

Kiyevin Şevçenko rayon məhkəməsi Ukrayna Dövlət Fiksal Xidmətinin sabiq rəhbəri Roman Nəsirovun bankdan müsadirə edilmiş 50 min dollar nağd puluna qoyulmuş həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib. Modern.az xəbər verir ki, bununla bağlı Xüsusi Antikorrupsiya Prokurorluğunun mətbuat xidmətinə istinadla “Korrespondent” nəşri məlumat yayıb.

 

Virtualaz.org-un məlumatına görə, dünən Nəsirovun işi üzrə növbəti iclas keçirilib. İclas zamanı Nəsirovun vəkilləri üzərinə həbs qoyulmuş məbləğlə bağlı vəsatət qaldırıb.

 

“Məhkəmə vəsatəti rədd edib”, - prokurorluqdan bildirilib.

 

Xatırladaq ki, avqustun ortalarında məhkəmə Nəsirovun daha iki ay müddətində elektron qolbağ taxması barədə qərar verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?