Modern.az

ABŞ rəsmisi: Qətərdən gələn pul Türkiyə iqtisadiyyatını xilas edə bilməz

ABŞ rəsmisi: Qətərdən gələn pul Türkiyə iqtisadiyyatını xilas edə bilməz

22 Avqust 2018, 11:05

“Türkiyə rahib Bransonu heç bir şərtsiz azadlığa buraxarsa gərginlik iki ölkə arasında siyasi gərginlik bitər”

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) Milli Təhlükəsizlik Müşaviri Jon Bolton deyib.

Türk lirəsinin son zamanlarda ucuzlaşmasında danışan Bolton bildirib ki, Qətərdən gələn pul Türkiyə iqtisadiyyatını xilas edə bilməz.

 

Bolton həmçinin deyib ki, Türkiyə Bransonu həbs etməklə böyük səhv etdi.

 

Qeyd edək ki, iyulun 25-də İzmir 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə Endryü Branson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir