Modern.az

Evin zirzəmisindən 5 kiloqram narkotik aşkarlandı - ASTARADA

Evin zirzəmisindən 5 kiloqram narkotik aşkarlandı - ASTARADA

Aktual

22 Avqust 2018, 11:22

Astarada evin zirzəmisində 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Astara rayonunda əməliyyat keçirilib. 

Astara rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Ərçivan qəsəbə sakini Akif Kərimov saxlanılıb. Ondan bir büküm 1,2 qram çəkidə psixotrop tərkibli metamfetamin, 2 ədəd siqaretə doldurulmuş qurudulmuş marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd tir tapançası aşkar olunaraq götürülüb. 

Aparılan araşdırmalarla A.Kərimovun həmin psixotrop tərkibli maddəni Astara rayonunun Ərçivan qəsəbə sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Əliyev 4,2 qram çəkidə narkotik vasitə olan tiryəki satarkan saxlanılıb. 

Əməliyyat tədbirlərinin davamı olaraq onun Ərçivan qəsəbəsindəki yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən 4 büküm 5 kiloqram 200 qram çəkidə narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Fakt üzrə Astara RPŞ-də araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır