Modern.az

Bir şəklin tarixçəsi  - Əbülfəz Elçibəyin sonuncu FOTOSU

Bir şəklin tarixçəsi  - Əbülfəz Elçibəyin sonuncu FOTOSU

23 Avqust 2018, 10:16

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasındakı bu təqdimatı vəfatının növbəti ildönümü qeyd olunan məşhur dövlət, siyasi və ictimai xadim, Azərbaycan Xalq Cəbhəsinin lideri, mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlıdır.

Fotonu bir vaxtlar - 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində Bakıda gündəlik nəşr olunan “Avrasiya” qəzetinin sahibi və baş redaktoru olmuş, hazırda Türkiyə mediasında çalışan jurnalist İrfan Sapmaz təqdim edib.

Zaman 2000-ci il, məkan Türkiyə - Gülhanə Hərbi Tibb Akademiyası... Əbülfəz Elçibəyin həyatının son anları... Gülhanə Hərbi Tibb Akademiyasında müalicə aldığı müddət..

İrfan Sapmazın fotoya şərhi:

“Azərbaycanda işlədiyimiz zamanlarda hörmətli Əbülfəz Elçibəylə böyük bir dostluğumuz gerçəkləşdi. Bizi hər zaman Türk dünyası, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı üçün verdiyimiz mübarizədə dəstəkləyirdi.
Ankarada həyata gözlərini yummadan az əvvəl, müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında çəkilən ilk və son tarixi fotonu arxivimdən çıxararaq, sizlərlə bölüşmək istədim. Əbülfəz Elçibəylə bu şəkildə bərabər olan dəyərli bir dostum fotonu mənə hədiyyə etmişdi. Mən də tarixin səhifələrinə hədiyyə edirəm. Allah rəhmət eləsin, nur içində yatsın.
Türk dünyası Əbülfəz Elçibəyi heç bir vaxt unutmayıb və unutmayacaq”.

Bu şəkil çəkiləndən 18 gün sonra - 22 avqust 2000-ci il tarixində Əbülfəz Elçibəy həyatla əbədi vidalaşdı...




Ə.Qafarlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub