Modern.az

Rusiya raketi dənizə düşdü: Nüvə sızması qaçılmazdır – TƏHLÜKƏ

Rusiya raketi dənizə düşdü: Nüvə sızması qaçılmazdır – TƏHLÜKƏ

23 Avqust 2018, 14:48

Rusiya ötən ilin noyabrında nüvə başlıqlı raketi sınaqdan keçirməyə cəhd edib və bu uğursuzluqla nəticələnib. Nəticədə raket dənizə düşüb. 

 

Modern.az saytının CNBC-yə istinadən xəbərinə görə, bu haqda ABŞ kəşfiyyatının məruzəsi ilə tanış olan mənbələr bildirib.

Məlumatda qeyd olunub ki, Rusiya hərbi gəmilərinin ekipajları həmin raketi axtarmağa cəlb olunacaq.

 

Həmin raketin Barens dənizinə düşdüyü bildirilib. Axtarış əməliyyatlarına  3 gəmi cəlb ediləcək. Onlardan biri xüsusi olaraq radioaktiv materiallarla iş üçün nəzərdə tutulub.

 

ABŞ kəşfiyyatının məruzəsində raketin nüvə reaktorunun ətraf mühit üçün potensial risk olması haqda bir məqam yer almayıb.

Amerika analitikləri isə dənizə düşən raketin təhlükə yaradıb-yaratmamasını müzakirə edirlər.

 

“Əlbəttə ki, nüvə mühərriki ilə havaya raket buraxılıbsa, o zaman o raketin düşdüyü yerdə nüvə materialı olacaq” – bunu Amerika Alimlər Federasiyasının nüvə informasiyası layihəsinin direktoru Hans Kristensen deyib.

 

“Şübhə var ki, raket çox güclü zərbə ilə düşüb. Buna görə şübhə etmirəm ki, nüvə sızması qaçılmazdır”- ekspert əlavə edib.

 

Rusiya prezidenti Vladimir Putin bu ilin martında Federal Məclisə müraciətində bəyan etdi ki, ölkəsi fantastik silahlara malikdir. 

 

Vladimir Putin iddia edirdi ki, nüvə mühərrikli qanadlı raketlər qeyri-məhdud uçuş uzaqlığına malikdir. Lakin Qərb mediası yenidən Putinin dediklərinin sadəcə blef olması üzərində dayanıb.

 

Bundan əvvəl bildirilirdi ki, qanadlı raketlərin sınaqları zamanı onlar yalnız 35 kilometr uça biliblər. 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər Rusiya dörd dəfə qanadlı raketlərin sınaqlarını keçirib, lakin bu sınaqlar uğursuz alınıb.

 

Rusiya isə raket sınaqlarının uğursuz olmasını inkar edirlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!