Modern.az

Putinin hərbi bloku Azərbaycana görə yenilik edir?

Putinin hərbi bloku Azərbaycana görə yenilik edir?

Ölkə

23 Avqust 2018, 15:17

Hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında müşahidəçi və tərəfdaş statuslarına malik olan təmsilçilik yaradılır.

 

Modern.az saytının xəbərinə görə, bu haqda KTMT-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, avqustun 16-17-də Moskvada təşkilata üzv ölkələrin müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçirilib.

 

Məsləhətləşmələrdə KTMT yanında müşahidəçi statusunda təmsilçilik və KTMT-nin tərəfdaşı statusunun hüquqi rəsmiləşdirilməsinə dair sənədlər paketinin razılaşdırılması  müzakirə olunub.

 

Yaxın zamanlarda sənədlərin layihələrinin KTMT Xarici İşlər Nazirləri Şurasının, həmçinin Müdafiə Nazirləri Şurasının, Milli Təhlükəsizlik Şurası katiblərinin iclasına çıxarılacağı gözlənilir.

 

Sonda isə sənəd  KTMT-nin ali orqanının Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılacaq.

 

Müşahidəçi statusuna hansı ölkələrin cəlb olunacağı bəlli deyil.

 

Bir neçə gün bundan öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli haqqın.az-a müsahibəsində bildirmişdi ki, yeni geosiyasi şərtlərdə Azərbaycanın KTMT-də iştirakı məsələsinə baxıla bilər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər