Modern.az

Azərbaycan nefti 75,5 dollaradək bahalaşıb

Azərbaycan nefti 75,5 dollaradək bahalaşıb

İqtisadiyyat

23 Avqust 2018, 23:44

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 75,60 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,75 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 74,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,75 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 22-də 70,76 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 22-də 73,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir