Modern.az

ABŞ dövlət katibi gələn həftə Şimali Koreyaya gedəcək

ABŞ dövlət katibi gələn həftə Şimali Koreyaya gedəcək

24 Avqust 2018, 08:08

ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə M.Pompeo Dövlət Departamentində KXDR üzrə yeni xüsusi nümayəndə Stiven Bigeni təqdim edərkən jurnalistlərə bildirib.

M.Pompeo hesab edir ki, Dövlət Departamenti KXDR-ya qarşı təzyiq kampaniyasının həyata keçirilməsi və dəstəklənməsi üzrə yaxşı işlər görüb.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo aprel, may və iyul aylarında Pxenyana səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir