Modern.az

Diaspor Gənclərinin I Yay düşərgəsinin açılışı olub - FOTOLAR

Diaspor Gənclərinin I Yay düşərgəsinin açılışı olub - FOTOLAR

Aktual

24 Avqust 2018, 14:19

Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Diaspor Gənclərinin 1 Yay düşərgəsi"nin rəsmi açılış mərasimi keçirilib.


Modern.az  xəbər verir ki, mərasim Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərindəki Marxal Yaşıl teatrında baş tutub.

Açılış mərasimindən əvvəl düşərgə iştirakçıları ulu öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.


Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə 37 ölkədən 140 diaspor gənci iştirak edir. Açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlayıb.


Mərasimdə rəsmi şəxslər, millət vəkilləri və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər. Mərasim mədəni proqramla davam edib.

"Diaspor Gənclərinin 1 Yay düşərgəsi" boyunca diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə "Mənim dilim" təlimi təşkil ediləcək, "Vətəni tanı" adı altında viktorina və yarışlar keçiriləcək. Düşərgədə gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifçilik irsi, idman, diaspor mövzusu mediada və.s kimi mövzularda ekspertlərin iştirakı ilə müzakirələr təşkil ediləcək.

Qeyd edək ki, düşərgədə və Aprel qaziləri və Xocalıda hər iki valideynini itirmiş soydaşlarımızla görüşlər də keçirilib.

Düşərgə iştirakçıları Şəki şəhərinin tarixi mədəni abidələrini ziyarət edib, ətraf rayonların görməli yerləri ilə tanış olublar.


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev düşərgədəki gənclərlə görüşüb.

 

Komitə sədri diaspor gənclərini salamlayıb, düşərgədə iştirak etdikləri üçün onlara təşəkkür edib, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Bununla yanaşı ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə yaşayan soydaşlarımızın diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.


Millət vəkili Ülvi Quliyev gənclər hərəkatının güclənməsi, gənclərin sağlam inkişafı və diasporumuzun güclənməsində gənclərin rolu barədə danışıb.


Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu