Modern.az

Azərbaycanın ümumi dövlət borcunun məbləği açıqlandı

Azərbaycanın ümumi dövlət borcunun məbləği açıqlandı

İqtisadiyyat

25 Avqust 2018, 09:27

Azərbaycan Respublikasının ümumi dövlət borcunun mövcud vəziyyəti açıqlanıb.

Modern.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da qeyd edilib.

2018-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikası dövlət borcunun ümumi məbləği 17.007,4 milyon manat təşkil edib.

Sənəddə göstərilib ki, məcmu dövlət borcunun 15.978,1 milyon manatı (9.398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici, 1.029,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil etmişdir. Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub.

Xarici dövlət borcunun 3.331,4 milyon ABŞ dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5.510,4 milyon ABŞ dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 milyon ABŞ dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?