Modern.az

İlham Əliyev Polşadan Azərbaycana qayıdıb

İlham Əliyev Polşadan Azərbaycana qayıdıb

30 Sentyabr 2011, 22:51

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına işgüzar səfəri başa çatıb.
Varşavanın “Şopen” Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Polşanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri yola salıblar. 
Prezident İlham Əliyev Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?